Xəbər lenti

ABŞ ordusu Liviyanı tərk edir
Dünya12:05 07.04.2019

ABŞ ordusu Liviyanı tərk edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Liviyada yerləşən qüvvələrini evakuasiya edir.
Qaynarinfo xəbər verir ki, ABŞ Afrika Komandanlığı bu barədə məlumat verərək təhlükəsizlik səbəbilə müvəqqəti yerdəyişmənin həyata keçirildiyini açıqlayıb. Evakuasiya edilən qüvvələrin sayı və digər digər detallar barədə məlumat verilməyib.
Qeyd edək ki, Liviyada Milli Razılıq Hökuməti ilə General Xəlifə Həftərin rəhbərlik etdiyi ordu arasında qarşıdurmalar şiddətlənib. Hazırda paytaxt Tripolidə hava limanı uğrunda döyüşlər gedir.
Gülşən