Xəbər lenti

ABŞ ordusunda cinsi zorakılıq halları artır
Dünya14:46 03.05.2019

ABŞ ordusunda cinsi zorakılıq halları artır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ ordusunda təcavüz və cinsi zorakılıq sayı ilbəil artır.
Qaynarinfo xəbər verir ki, yayımlanan son statistikaya görə, əksəriyyəti qadın olmaqla 20 min hərbçi cinsi zorakılığa məruz qalıb. Bu rəqəm, ötən illə müqayisədə 13%, 2 il əvvələ görə isə 37% çoxdur. Cinsi istismar hallarının sadəcə 2/3-nin qeydə alındığı bildirilir. Zorakılığa məruz qalanların əksəriyyəti 17-20 yaş aralığındakı gənclərdir. ABŞ donanması cinsi istismar hallarının artımına görə liderdir. 
Hadisə əsasən içkili hərbçilər tərəfindən törədilir. Araşdırmaya görə, zorakılığa məruz qalan qadınların 21%-i şikayət etməmələri üçün hədələnib. 133 qurban qadından sadəcə 13-ü əməli törədən şəxsin cəzalandırıldığını bildirib.
Gülşən