
Vyetnam ordusunun əfsanəvi komandiri general Vo Nquyen Giap vəfat edib.
Qaynar.info xəbər verir ki, Vyetnam rəsmiləri generalın 102 yaşında Hanoyda vəfat etdiyini bildiriblər.
Vyetnamın milli qəhramanı kimi tanınan general Giap həm Fransa, həm də ABŞ-a qarşı aparılan azadlıq mübarizəsində iştirak edib. 1954-cü ildə hərbi zəkası ilə Dien Bien Phu döyüşünü qazanaraq Fransanın Cənubi Asiyadakı müstəmləkəçiliyinə son qoymuşdu.
ABŞ-a qarşı da döyüşən general 1975-ci ildə Sayqonun azad edilməsində müstəsna xidmətləri olmuşdu. General Giap dünya tarixində həm fransız, həm də ABŞ ordusunu məğlubiyyətə uğradan yeganə komandir olaraq tarixə düşmüşdü.
Qaynar.info