Xəbər lenti

ABŞ Poçtu 150 mindən çox seçki bülletenini çatdıra bilmədi - Qalib bilinmir
Dünya08:40 06.11.2020

ABŞ Poçtu 150 mindən çox seçki bülletenini çatdıra bilmədi - Qalib bilinmir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ Poçt Xidməti 3 noyabr səsvermə bitmədən seçki məntəqələrinə poçtla göndərilən 150.000-dən çox bülleteni vaxtında çatdırmayıb.

Qaynarinfo xəbər verir ki, "Washington Post” qəzeti bu barədə cümə axşamı şöbənin məlumatlarına istinad edərək yazıb.

Qeyd edildiyi kimi, bunlardan 12 mindən çoxu qalib adının hələ müəyyənləşmədiyi beş əyalətdədir. Nəşr vaxtında çatdırılmayan bülletenlərin sayının daha da çox olacağını açıqladı. 3 noyabrdan sonra təhvil verilən bülletenlər, sözügedən ştatların qanunlarından asılı olaraq ya sayılır, ya da etibarsız hesab edilir.

Xatırladaq ki, "Demokrat”lardan prezidentliyə namizəd Co Bayden seçki marafonunda səslərinin sayına görə prezidentlik uğrunda mübarizədə liderdir - mövcud Amerika lideri Donald Trampa 214 səsinə qarşı 264 seçici səsi. Səsvermənin nəticələri dörd əyalətdə: Nevada, Şimali Karolina, Corciya və Pensilvaniyada qeyri-müəyyən qalır.

Alpər