Xəbər lenti

ABŞ prezidenti Kuleba və Reznikova nə deyib? - "Bayden mənə iki şey dedi..."
Dünya15:48 26.03.2022

ABŞ prezidenti Kuleba və Reznikova nə deyib? - "Bayden mənə iki şey dedi..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Prezidenti Co Bayden Ukraynanın Xarici İşlər və Müdafiə nazirləri Dmitri Kuleba ilə Aleksey Reznikovla görüşü zamanı əmin edib ki, Birləşmiş Ştatlar bu ölkəyə qələbə çalana qədər hər şeydə sarsılmaz dəstək verəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Kuleba şənbə günü "Facebook"dakı canlı yayımda bildirib. Kuleba bildirib ki, ABŞ prezidenti onu iki məsələdə əmin edib:
"Prezident Baydenin vədləri ABŞ-ın bizim qələbəmizə qədər hər şeydə, tam hər şeydə Ukrayna ilə sarsılmaz olacağı ilə bağlıdır. Heç nə ABŞ-ı Ukraynadan üz döndərməyə və ya Ukraynaya dəstəyi zəiflətməyə məcbur etməyəcək, əksinə, bu dəstək yalnız böyüyür”.
Ukraynanın Müdafiə naziri Aleksey Reznikov rəsmi "Twitter" hesabında görüş barədə paylaşım edib. Onun sözlərinə görə, tərəflər görüş zamanı Ukrayna ordusunun təcili ehtiyaclarını müzakirə ediblər. Nazir bildirib ki, Co Bayden görüşdə Ukraynanın bütün dünyanı ilhamlandırdığını qeyd edib.
Ağ Ev də örüşlə bağlı məlumat yayıb. Bildirilib ki, Co Baydenlə Ukraynanın Xarici İşlər və Müdafiə nazirləri arasındakı görüşdə bu ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi perspektivləri, tərəflər Ukraynaya öz ərazilərini müdafiə etməkdə yardımın göstərilməsi ilə bağlı gələcək səyləri müzakirə ediblər. 
"Onlar, həmçinin, Rusiyanın qəddar təcavüzünə görə ölkə Prezidenti Vladimir Putinin məsuliyyətə cəlb edilməsi üçün ABŞ-ın cari fəaliyyətləri ətrafında fikir mübadiləsi aparıblar. Görüş zamanı Ukrayna tərəfi ABŞ rəsmilərini Ukraynadakı hərbi, diplomatik və humanitar vəziyyət barədə məlumatlandırıblar". 
Qeyd edək ki, bu gün Polşanın paytaxtı Varşava şəhərində ABŞ Prezidenti Co Bayden, ABŞ Dövlət katibi Entoni Blinken, ölkənin müdafiə naziri Lloyd Ostin, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və müdafiə naziri Aleksey Reznikov arasında görüş keçirilib. 
Aydın