Xəbər lenti

ABŞ qadınları ön cəbhəyə göndərir
Dünya07:18 20.06.2013

ABŞ qadınları ön cəbhəyə göndərir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ ordusu qadınları cəbhəyə göndərməyə hazırlaşır.

Yanvar ayında qadınların orduda döyüşçü kimi xidmət keçməsini qadağan edən qanunu ləğv etmə planını açıqlayan Pentaqon layihəni həyata keçrimək üçün lazımi şərtləri yaratmağa çalışır.

Bir neçə plan üzərində çalışmaların davam etdiyini açıqlayan Pentaqon 2016-ci ilə qədər bu layihəni həyata keçirməyi planlaşdırır. 

Yeni plana görə, İraqdan çəkilən, Əfqanıstandan isə çəkilməyə hazırlaşan ABŞ ordusu bundan sonra qadınları da cəbhənin ön sıralarına göndərəcək. 

Layihə iki mərhələdə həyata keçiriləcək. 2015-ci ilin sentyabrına qədər ABŞ ordusunda cinsi ayrı-seçkiliyə qon qoyulacaq, 2016-cı ildən yeni layihə həyata keçərəcək. 

ABŞ Xüsusi Əməliyyatlar komandanı Bener Sakolik qadınların Əfqanıstanda xüsusi təyinatlılarla birlikdə çalışdıqlarını və fiziki şərtləri yerinə yetirdiklərini söyləyib. Sakolik əsas məsələnin qadın hərbçilərin  bacarığı deyil, kişi hərbçilərin rəhbərlikdəki qadın hərbçiləri həzm etməsi olduğunu deyib. 

1 milyon 400 min nəfərlik ABŞ ordusunun 14 faizi qadınlardan ibarətdir. Əfqanıstan və İraqda 152 amerikalı qadın hərbçi ölüb, 950-si yaralanıb.

Qaynar.info