İranın Suriya üzərindən uçan "Mahan Air” adlı sərnişin təyyarəsinə ABŞ Hərbi Hava Qüvvələrinin qırıcıları yaxınlaşıb.
Qaynarinfo xəbər verir ki, Pentaqon təyyarənin "müşayiət" olduğunu qeyd edərək hadisə ilə bağlı məlumatı təsdiqləyib.
Airbus A310 Livan istiqamətində uçub. "Reuters”in məlumatına görə, Beyrutda yanacaq doldurandan sonra layner Tehrana qayıdıb.
Təyyarənin "məcburi manevrləri" səbəbindən sərnişinlər və ekipaj üzvləri arasında bir neçə zərərçəkən var.
İslam Respublikası televiziyası ABŞ-ı təyyarə qəzasına səbəb ola biləcək təxribatda ittiham edib. Vaşinqton cavabında bildirib ki, F-15-lər mülki təyyarədən təhlükəsiz məsafədə hərəkət edib.
Xatıladaq ki, ABŞ İraq və Suriyadakı silahlıların mövqelərinə hava zərbələri endirən antiterror koalisiyasına rəhbərlik edir.
Alpər
<iframe class="iz-player" src="https://iz.ru/video/embed/1039392" width="560" height="315" frameborder="0" allowfullscreen="">