Xəbər lenti

ABŞ qondarma respublikaların rəhbər şəxslərinə dair sanksiya tətbiq etdi
Dünya20:13 01.09.2016

ABŞ qondarma respublikaların rəhbər şəxslərinə dair sanksiya tətbiq etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rəsmi Vaşinqton Ukrayna ilə bağlı Rusiyaya qarşı sanksiya siyahısına 17 şəxsi əlavə edib.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında bildirilir. 

Məlumata görə, siyahıya Krım hökumətinin 8 naziri, həmçinin Federal Təhlükəsizlik Xidmətinin və İstintaq Komitəsinin Krım üzrə idarələrin rəhbərləri daxil edilib.

Siyahıya həmçinin Donetsk və Luqansk separatçı “respublikaları”nın rəhbər şəxsləri və rusiyalı diplomat Georgi Muradov daxil edilib. 

Bundan başqa, ABŞ-ın Maliyyə Nazirliyi Rusiyanın “Qazprom” holdinqinin bir neçə törəmə şirkətinə qarşı sanksiya tətbiq edib. (Apa)

Qaynarinfo.Az