Amerika Birləşmiş Ştatları Qüdsdə rəsmi olaraq səfirliyinin açılışını edib.
BakuPost xarici KİV-ə istinadən xəbər verir ki, Amerika prezidenti Donald Tramp özü açılışda iştirak etməsə də, qızı İvanka Tramp onu təmsil edib. İ. Tramp və ABŞ-ın maliyyə naziri Stiven Mnuçin səfirliyin qarşısındakı tablonun örtüyünü birlikdə açıblar.
Qeyd edək ki, ABŞ-ın səfirliyini qüdsə köçürməsi məsələsinə görə bu gün İsraillə Fələstin arasında qanlı döyüşlər qeydə alınıb. Toqquşmalar zamanı 52 nəfər ölüb, 2400-dən çox insan yaralanıb.
Onu da bildirək ki, Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıyıb. Bu səbəbdən səfirliyin Təl-əvivdən Qüdsə köçürülməsinə qərar verib.