Xəbər lenti

ABŞ: "Əsəd tərifə layiqdir" - ŞOK AÇIQLAMA
Dünya07:50 07.10.2013

ABŞ: "Əsəd tərifə layiqdir" - ŞOK AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ dövlət katibi Con Kerri İndoneziyada keçirilən Asiya-Sakit Okean İqtisadi əməkdaşlıq toplantısı zamanı Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb.

Qaynar.info
xəbər verir ki, Kerri görüşdən sonra jurnalistlərə açıqlama verib.

Dövlət katibi Suriyaya qısa müddət ərzində kimyəvi silahların ləğvi prosesinə başladığı üçün təşəkkür edərək, Bəşər Əsədin razılaşmanı yerinə yetirdiyi üçün tərifə layiq olduğunu deyib: "Proses rekord sayıla biləcək qədər qısa zaman ərzində başladı. Rusiyaya da əməkdaşlıq üçün Suriyaya göstərdikləri yardıma görə minnətdarıq. BMT-nin qərarından 1 gəftə sonra bəzi kimyəvi silahların ləğvinə başlaması çox önəmlidir. Açıq deyirəm ki, Suriya rejimi bu tərifə layiqdir. Bu, yaxşı başlanğıcdır və biz bunu məmnuniyyətlə qarşılayırıq".

Qaynar.info