
ABŞ-ın BMT üzrə daimi nümayəndəsi Niki Heyli yazılı açıqlama ilə çıxış edib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Heyli müzakirə vaxtının artıq bitdiyini, Şimali Koreyanın beynəlxalq sülhü təhdid etdiyini, artıq viddi addımların atılmalı olduğunu bildirib:
"ABŞ bundan sonra Şimali Koreyanın raket sınaqlarından sonra BMT-nin Təhlükəsizlik Şurası ilə görüş tələbi irəli sürməyəcək, çünki heç bir mənası yoxdur. Şimali Koreyaya tətbiq edilən yeni sanksiyalar beynəlxalq təzyiqi artırmayacaq. Çin artıq əməli addımlar atmalıdır və bu barədə qərarını dəqiqləşdirməlidir, Şimali Koreya ilə müzakirə ediləcək məsələ qalmayıb".
Heyli problemin həlli üçün beynəlxalq həll yolunun tapılmasının zəruri olduğunu qeyd edib.
Gülşən
Qaynarinfo.Az