Xəbər lenti

ABŞ Rusiya ilə əməkdaşlıq şərtini açıqladı: Hər şey Putindən asılıdır
Dünya06:31 28.04.2021

ABŞ Rusiya ilə əməkdaşlıq şərtini açıqladı: Hər şey Putindən asılıdır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət katibi Anthoni Blinken RF rəhbərliyinin ikitərəfli münasibətləri kəskinləşdirməyəcəyi təqdirdə ABŞ-ın Rusiya ilə əməkdaşlıq edə biləcəyini bildirib.
Qaynarinfo CNN-ə istinadla xəbər verir ki, dövlət katibi Vaşinqtonun Moskva ilə daha sabit münasibətlər qurmağı üstün tutacağını, lakin əməkdaşlığın taleyinin prezident Vladimir Putindən asılı olduğunu açıqlayıb.
"Əgər o, gərginlikdən imtina edərsə, düşünürəm ki, ortaq maraqlarımız naminə birlikdə işləyə biləcəyimiz sahələr olacaq - məsələn, strateji sabitlik sahəsində", - Blinken deyib.
O, nümunə olaraq yanvar ayında Strateji Hücum Silahlarının Azaldılması və məhdudlaşdırılması haqqında Müqavilənin uzadılmasını göstərib.
Alpər