
ABŞ-da Şimali Koreya, İran və Rusiyaya qarşı sanksiyaları sərtləşdirən qanun layihəsi qəbul olunub.
"Qaynarinfo" xəbər verir ki, ABŞ Konqresinin aşağı palatası bununla bağlı qərar verib.
Səsverməni şərh edən nümayəndələr palatasının spikeri Pol Rayan bildirib ki, İran, Rusiya və Şimali Koreya ABŞ-a münasibətdə təxribatçılıq fəaliyyəti aparmağa çalışırlar və qlobal sabitlik pozurlar.
Qeyd edək ki, ABŞ Konqresinin nümayəndələr palatası tərəfindən qəbul edilənqanun layihəsi tarixdə ən geniş sanksiyalar paketi hesab olunur.
Qaynarinfo.Az