Xəbər lenti

Yeni diplomatik qalmaqal: ABŞ rus nümayəndələrə viza vermədi
Dünya12:26 24.09.2019

Yeni diplomatik qalmaqal: ABŞ rus nümayəndələrə viza vermədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ BMT-nin Baş Assambleyasında iştirak üçün müraciət edən Rusiyadan olan nümayəndə heyətinin 10 üzvünə viza verməkdən imtina edib.
Qaynarinfo Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Federasiya Şurasının senatı, Xarici İşlər Komitəsinin sədri Konstantin Kosaçev məlumat verib. Viza verilməyən şəxslər arasında K.Kosaçev də yer alıb. ABŞ tərəfindən rusiyalı siyasətçiyə qarşı sanksiyalar tətbiq edilir. Senatın məlumatına görə, rəsmi tədbirlər zamanı viza verməkdən imtina etmək absurddur və bu addımın üzrü yoxdur. 
ABŞ-ın sanksiya siyahısında yer alan Xarici Kəşfiyyat İdarəsinin direktoru Sergey Narişkin Rusiyada keçirilən Dünya Çempionatında təhlükəsizlik məsələsinin ABŞ rəsmiləri ilə müzakirəsi üçün Vaşinqtona səfər edə bilmişdi.
Rusiya XİN sözçüsü Mariya Zaxarova ABŞ-ın bu qərarını BMT üzvlərinə hörmətsizlik adlandırıb və rəsmi Vaşinqtonu üzərinə düşən öhdəlikləri yerinə yetirməməkdə ittiham edib. 
Gülşən