Xəbər lenti

ABŞ Rusiya şirkətlərinə qarşı sanksiya tətbiq edir
Dünya06:36 02.09.2015

ABŞ Rusiya şirkətlərinə qarşı sanksiya tətbiq edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Obama administrasiyası bir neçə Rusiya şirkətinə qarşı sanksiya tətbiq edir. 

Qaynar.info xəbər verir ki, onlar kütləvi qırğın silahlarının yayılmaması ilə bağlı ABŞ qanunvericiliyini pozmaqda günahlandırılır. Söhbət İran, Şimali Koreya və Suriyaya nüvə və raket texnologiyası çatdırmağa görə cəzadan gedir.

Sanksiyanın tətbiqinə dair məlumatın bu gün ərzində rəsmi açıqlanacağı gözlənir.

“Azadlıq” radiosunun məlumatına görə, sanksiyanın ünvanlanacağı obyektlər arasında “Katod” cihazqayırma bürosu, “Rosoboroneksport”, “Maşınqayırma Elmi İstehsalat Birliyi”, “MiQ” korporasiyası və onların törəmə şirkətlərinin adları var.

Çin, Sudan, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindən olan hüquqi şəxslərə qarşı da sanksiyalar nəzərdə tutulub.

ABŞ-ın idarə və müəssisələri adları çəkilən şirkətlərlə, Dövlət Departamenti tərəfindən müəyyənləşdirilən bəzi istisnalar xaric, bütün işgüzar əlaqələri kəsməyə razılıq veriblər.

Qaynar.info