Xəbər lenti

ABŞ Rusiya və Çinə qarşı insansız "kabus gəmilərdən" istifadə edəcək
Dünya08:14 12.07.2021

ABŞ Rusiya və Çinə qarşı insansız "kabus gəmilərdən" istifadə edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ dənizdə Rusiya və Çinə qarşı "kabus gəmilər" adlanan insansız gəmilərdən istifadə edəcək. 
Qaynarinfo xəbər verir ki, bu haqda "Strategy Page” portalının yaydığı məlumatda deyilir. Belə gəmilərin yaradılmasının Ghost Fleet Overlord layihəsi ("Kabus donanmasının hökmdarı") çərçivəsində baş verdiyi qeyd olunur.
ABŞ artıq bu gəmilərdən ikisini – "Nomad” və "Ranger”i sınayıb. Hər birinin yer dəyişdirməsi təxminən 2 min tondur. "Hər iki gəmi Meksika Körfəzindən qərb sahilinə qədər təxminən 8000 kilometr uzunluğunda bir yol qət edərək insansız səyahət edib", - məlumatda deyilir.
Səyahət müddətinin 98%-i gəmi avtonom rejimdə olub. Gəmidə sınaqlar zamanı gözlənilməz hallar baş verəcəyi tədirdə hərəkət etmək üçün ekipaj növbətçilik yerinə yetirib. ABŞ bu gəmiləri Çinin dəniz gücünün artdığı Sakit Okeanda istifadə etmək niyyətindədir. Gəmilər kəşfiyyat və sualtılar əleyhinə missiyalar həyata keçirəcək, düşmənə zərbə endirməyə imkan verən silahlara və təyyarələr üçün enmə yastıqlarına sahib olacaqlar.
Bu cür texnologiyaların daha əvvəl tankerlərdə və konteyner gəmilərində sınaqdan keçirildiyi və artıq özünü təsdiq etdiyi vurğulanır. "Çox vaxt bu gəmilər avtonom şəkildə üzürlər və kiçik bir heyət yalnız texniki xidmət və avadanlıq problemlərinin tez həll edilməsindən məsul olur", - məqalədə deyilir.
Buna bənzər texnologiyalardan minalar və kəşfiyyatla mübarizə üçün nəzərdə tutulmuş bir insansız "Seagull” adlı qayıq ("Qağayı") yaratmış İsrail tərəfindən də istifadə olunur. Amerikalılar təcrübə mübadiləsi aparmaq üçün bu sahədə israillilərlə əməkdaşlıq edəcəklər.
Alpər