Xəbər lenti

ABŞ Rusiya vətəndaşlarına viza verməyi dayandırdı
Dünya11:31 21.08.2017

ABŞ Rusiya vətəndaşlarına viza verməyi dayandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyada yerləşən ABŞ səfirliyi qeyri-miqrasiya vizalarının verilməsini dayandırıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, qərar 23 avqust-1sentyabr tarixlərində qüvvədə olacaq və ABŞ diplomatlarının Rusiyanı tərk etməsi ilə əlaqədar qəbul edilib. 1 sentyabrdan etibarən viza verilməsi əvvəlki qaydada həyata keçiriləcək.

Bu qərar barədə açıqlama verən Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya vətəndaşları arasında ABŞ-a qarşı narazılıqlar daha da artacaq. Nazir həmçinin bildirib ki, Rusiya höküməti ABŞ-ın bu qərarına görə sadə ABŞ vətəndaşları əleyhinə heç bir addım atmayacaq.

Gülşən

Qaynarinfo.Az