
ABŞ-ın Moskvadakı səfirliyi Rusiyada olan amerikalı vətəndaşlarına terror təhlükəsinə dair xəbərdarlıq edib.
Qaynar.info oxu.az-a istinadən bildirir ki, bu barədə RİA Novosti diplomatik missiyanın mətbuat katibi Uilyam Stivensə istinadən məlumat yayıb.
"Bizim bütün dünyada səfirliklərimiz mütəmadi olaraq amerikalı vətəndaşlarla təhlükə ilə bağlı informasiyanı bölüşür", - Stivens deyib.
"Bu gün ABŞ-ın Moskvadakı səfirliyi, ABŞ Dövlət Departamentinin Avropada, eləcə də Rusiyada terror təhlükəsinə toxunan bu yaxınlarda yenilənmiş təhlükəsizlik haqqında xəbərdarlığına dair bildiriş dərc edib", - Stivens bəyan edib.
Qaynar.info