ABŞ Soçi Olimpiya oyunlarının təhlükəsizliyi sahəsində Rusiyaya göstərdiyi yardım çərçivəsində Qara dənizə iki hərbi gəmi göndərməyə hazırdır. Bu barədə APA Fox News-a istinadən xəbər yayıb. Yanvarın 20-də Pentaqonda bəyan ediblər ki, gəmilər sahilyanı zonaya Rusiya hökuməti xahiş edəcəyi təqdirdə yaxınlaşacaq. Hələlik belə bir sorğunun daxil olmadığı bildirilir. Qaynar.info