Xəbər lenti

ABŞ senatı bu ölkələr əleyhinə sanksiyaları qəbul etdi
Dünya12:54 28.07.2017

ABŞ senatı bu ölkələr əleyhinə sanksiyaları qəbul etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ senatı Rusiya, İran və Şimali Koreya əleyhinə yeni sanksiyaları təsdiq edib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, bir neçə gün əvvəl Nümayəndələr Palatası 419 səslə bu qanun layihəsini qəbul etmiş, yalnız 3 nəfər qərarın əleyhinə səs vermişdi.

Rusiyaya qarşı sanksiyalar ötən dövrlərlə müqayisədə daha ciddidir və səbəb kimi ABŞ-dakı seçkilərə müdaxilə iddiası, Krım məsələsi, Ukrayna ilə münasibətlər və s. göstərilir. İran və Şimali Koreya əleyhinə sanksiyalara səbəb kimi nüvə və ballistik raket sınaqları göstərilir. 

Qeyd edək ki, Donald Tramp Rusiyaya qarşı sanksiyaların əleyhinədir. Əgər Tramp bu qanunu imzalamaqdan imtina etsə, Palatanın onun qərarına müdaxilə etmək hüququ olacaq. 

Gülşən

Qaynarinfo.Az