Xəbər lenti

ABŞ Senatı Çinlə texniki rəqabət üçün 250 milyard ayırmağı qəbul etdi
Dünya06:27 09.06.2021

ABŞ Senatı Çinlə texniki rəqabət üçün 250 milyard ayırmağı qəbul etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Konqresinin Senatı Çin ilə texnoloji rəqabət qabiliyyətini inkişaf etdirmək üçün təxminən 250 milyard dollar təmin edən bir qanun layihəsini təsdiqləyib. 
Qaynarinfo xəbər verir ki, qanun layihəsi ABŞ-da yarımkeçiricilərin istehsalına, süni intellektin və digər texnologiyaların inkişafına dəstək məqsədi daşıyır.
Layihəyə əsasən, ABŞ-da texnologiya və tədqiqatların gücləndirilməsi üçün 190 milyard dollar, daha 50 milyard dollar isə çiplərin və telekommunikasiya avadanlıqlarının inkişafı və istehsalı üçün ayrılmalıdır.
Agentliyin məlumatına görə, 68 senator qanun layihəsini dəstəkləyib, 32-si əleyhinə səs verib. Beləliklə, Çinə qarşı çıxmaq hər iki partiyanı Konqresdə birləşdirib. İndi sənəd Nümayəndələr Palatası tərəfindən təsdiqlənməlidir. Bundan sonra imza üçün prezident Baydenə təqdim ediləcək.