Xəbər lenti

ABŞ: "Şimal axını-2 yaxın iki ayda işə düşə bilər"
Dünya15:02 23.11.2021

ABŞ: "Şimal axını-2 yaxın iki ayda işə düşə bilər"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ prezidenti Co Bayden administrasiyasının yeni sanksiyalardan əvvəl Konqresə təqdim etdiyi kəmərlə bağlı rüblük hesabatın məlumatlarına görə, Ağ Ev "Şimal axını 2” qaz kəmərinin "bir neçə ay ərzində” işə başlaya biləcəyini günah edir.
 
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Məlumata görə, ABŞ hakimiyyət orqanları "Transadria"nı Kiprdə qeydiyyatdan keçmiş rus şirkəti hesab edir.
Xatırladaq ki, daha əvvəl Dövlət Departamentinin rəhbəri Entoni Blinken qaz kəməri layihəsinin həyata keçirilməsində iştirak edən Rusiya ilə əlaqəli iki gəmi və bir şirkətə qarşı sanksiyaların tətbiq olunduğunu açıqlayıb.
Xəyal