Xəbər lenti

ABŞ Şimali Koreya sərhədinə qoşun yığır
Dünya07:00 08.01.2014

ABŞ Şimali Koreya sərhədinə qoşun yığır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Cənubi Koreyaya əlavə hərbi kontingent göndərəcək. APA-nın “Frans Press”ə istinadən verdiyi məlumata görə, Pentaqondan bildiriblər ki, Koreya adasının cənub hissəsinə 800 nəfər hərbçi, habelə hərbi texnika, o cümlədən tanklar göndəriləcək.
 
Müvafiq plan fevral ayında gerçəkləşəcək. Hərbi kontingentin Şimali Koreya ilə sərhəd zonasında yerləşdiriləcəyi bildirilir.
 
Amerikalı hərbçilər burada 9 ay qalacaq. 


Qaynar.info