İranlı general Qasımm Süleymaniyə qarşı aparılan əməliyyat zamanı ABŞ özünümüdafiə hüququnu rəhbər tutub.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki Daimi Nümayəndəsi Kelli Kraftın təşkilatın Təhlükəsizlik Şurasına göndərdiyi məktubda deyilir.
Reuters-in məlumatına görə, mesajda Amerika tərəfi də əlavə şərt olmadan İranla "beynəlxalq birliyə daha bir təhdidin qarşısını almaq” üçün danışıqlara başlamağa hazır olduğunu bildirib.
Eyni zamanda, Vaşinqton BMT nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq bölgədə "ölçü götürmək" hüququnu bəyan edib.
"Lazım gələrsə, ABŞ öz maraqlarını və amerikalı heyəti qorumaq üçün bölgədə əlavə tədbirlər görməyə hazırdır", - agentlik sənəddən sitat gətirib.
ABŞ prezidenti Donald Tramp raket zərbəsinə cavab olaraq İrana qarşı hərbi cavab verməyəcəyini, ancaq sanksiyalar tətbiq edəcəyini söylədi.