Xəbər lenti

ABŞ Suriya müxalifətinin silahlandırılmasının əleyhinə çıxdı
Dünya07:31 10.07.2013

ABŞ Suriya müxalifətinin silahlandırılmasının əleyhinə çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Nümayəndələr Palatasının və Senatının kəşfiyyat komitələrinin üzvləri Suriya üsyançılarının silahlandırılmasına qarşı çıxıblar.

APA-nın “The Hill” qəzetinə istinadən yaydığı xəbərə görə, qanunvericilər Suriya müxalifətinin maliyyələşdirilməsinə ciddi məhdudiyyətlər qoyulmasına səs veriblər. Buna səbəb silahların terrorçu qrupların, xüsusən “Əl-Qaidə” ilə əlaqəli olan qrupların əlinə keçməsi ehtimalıdır. Konqresmenlərin və senatorların fikrincə, ABŞ prezidentinin planı yaxşı düşünülüb hazırlanmayıb, çünki Suriyaya göndəriləcək silahlara necə nəzarət ediləcəyi bəlli deyil.

ABŞ administrasiyasından isə bildirilib ki, qanunvericilər onlara əngəl törədərək əvəzində heç nə təklif etmirlər.

Qaynar.info