Rusiya Təhlükəsizlik Konqresi ABŞ-ın Suriyada PKK-YPG terror təşkilatının nəzarətində olan yerlərdə 20 hərbi bazar qurduğunu iddia edib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, konqresin milli təhlükəsizlik katibi Aleksandr Venediktov tərəfindən edilən açıqlamada ABŞ-ın YPG-yə son texnologiya silahlar verdiyi bildirilir. "Suriyada barış və sabitliyin gətirilməsi dövründə böhrana xaricdən müdaxilə edilməsi proseslərə mane olur. ABŞ-ın rəsmi Şamın təsdiqi olmadan Suriya-İordaniya sərhəddindəki 55 km-lik ərazini işğal etməsi təəccüblüdür. Burada ABŞ-ın gözünün önündü silahlı təşkilatlar rahatca hərəkət edir" fikirlərini Venediktov açıqlamasına əlavə edib.
Qeyd edək ki, ABŞ-ın Suriya-İordaniya sərhəddində yerləşən Əl Tanf hərbi bazasına 600 əsgərin zirehli texnika ilə birlikdə göndərməsi barədə xəbər yayılıb. ABŞ bu bazada suriyalı müxalif qüvvələrə təlim keçir.
Gülşən