ABŞ Senatı qaradərili ordu generalı Çarlz Braunun Hərbi Hava Qüvvələrinin komandanı təyin olunması qərarını təsdiqləyib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, beləliklə ölkə tarixində ilk dəfə bir qaradərili general hərbi komandan olaraq fəaliyyət göstərəcək. ABŞ Prezidenti Donald Trampın Hərbi Hava Qüvvələrinin komandanı olmağa namizəd göstərdiyi ordu generalı Braun Senatdan tam dəstək alıb. 98 senatorun hamısı təyinatın lehinə səs verib.
Sözügedən hadisə ABŞ-da qaradərili Corc Floydun polis zorakılığı səbəbindən ölməsindən sonra başlayan iğtişaşlar fonunda diqqət çəkib. Qeyd edək ki, bu vaxta qədər Braun ABŞ-ın Hind-Sakit Okean Hava Qüvvələrinin komandiri vəzifəsini icra edib.
"ABŞ-ın ilk afroamerikan hərbi komandanı olaraq ordu generalı Çarlz Braunun Hava Qüvvələrinin Komandanlığına təyinatı qərarım Senatda təsdiqləndi. ABŞ üçün tarixi bir gündür. Böyük vətənpərvər və lider olan Braunla yaxından çalışacağım üçün həyəcanlıyam", - deyə Tramp tvitter hesabında yazıb.
Camal