ABŞ-ın təyyarə gəmisi "Nimitz” yerini dəyişməyəcək və İranın təhdidlərinə görə Fars körfəzində qalmağa davam edəcək.
Qaynarinfo xəbər verir ki bu sözləri ABŞ-ın Müdafiə naziri vəzifəsini icra edən Kristofer Miller deyib. Nazirə görə, heç kim ABŞ-ın qərarını şübhə altına almamalıdır.
Xatırladaq ki, bir qədər əvvəl İslam İnqilabı Keşikçiləri Korpusunun (IRGC) aviasiya qüvvələrinin komandiri Əmir Əli Hacızadə qeyd edib ki, bölgədə hərbi qarşıdurma başlayarsa, İran həm ABŞ bazaları ilə, həm də bu obyektlərin yerləşdiyi ərəb ölkələri ilə bağlı eyni tədbirlər görəcəkdir.
Alpər