Xəbər lenti

ABŞ təyyarəsində Krım qalmaqalı
Dünya10:04 26.07.2017

ABŞ təyyarəsində Krım qalmaqalı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya vətəndaşı Andrey Yeremin ABŞ-ın "Delta" aviaşirkətinə məxsus təyyarədən endirilib. "Qaynarinfo" xəbər verir ki, buna səbəb Kr?m?n Rusiya tərəfindən işğalı olub.

Andrey Yeremin bu bərədə öz "Facebook" hesabında yazıb: "Sietl şəhərində uçuş üçün təyyarəyə mindim. Yerimdə əyləşmişdim. Yanımda əyləşəcək sərnişin isə mənim Rusiya vətəndaşı olduğumu öyrəndiyi an aqressiya ilə Krımın işğalında günahlandıraraq yanımda oturmaq istəmədiyini bildirdi. "Delta" şirkəti isə aqressiv amerikalının tərəfini saxlayaraq təyyarədən enməyimi tələb etdi".

Rusiyanın ABş-dakə səfirlik artıq məsələ ilə bağlı araşdırmalara başlayıb. Səfirliyin sosial media hesabı vətəndaşı yazdığı statusu paylaşaraq "Delta" şirkətindən şərh gözlədiklərini yazıb.

Xatırladaq ki, Yeremin artıq 22 ildir ABŞ-da yaşayır. Hadisədən sonra isə o, "evə qayıtmağın vaxtıdır", deyə bildirib.

Nərmin Həsənli

Qaynarinfo.Az