
ABŞ-ın Ukrayna ilə birgə bu ilin iyuluna nəzərdə tutulan birgə hərbi təlimləri qeyri-müəyyən müddətədək təxirə salınıb.
Musavat.com-un ria.ru-ua istinadən verdiyi xəbərə görə, bu barədə Amerika Silahlı Qüvvələrinin Avropa Komandanlığının mətbuat xidmətindən bildiriblər.
Təlimdə 200 amerikalı hərbçini iştirakı gözlənilirdi. Təlim zamanı bu iki dövlətdən əlavə, bir sıra NATO ölkələri və Gürcüstanın hərbi qüvvələrinin təmsilçiləri sülhməramlı əməliyyatları zamanı fəaliyyətlərin qarşılıqlı uzlaşdırılmasını təcrübədən çıxarmalı idilər.
Təxirə salmanın səbəbləri haqda heç nə deyilmir.
Qaynar.info