Xəbər lenti

ABŞ Ukraynaya qoşun yeritməyəcək, lakin NATO üzvlərinin iştirakını dəstəkləyəcək
Dünya12:51 21.03.2022

ABŞ Ukraynaya qoşun yeritməyəcək, lakin NATO üzvlərinin iştirakını dəstəkləyəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfeld ABŞ qoşunlarının Ukraynada BMT-nin sülhməramlı kontingentində iştirakını çətin hesab edir.
Qaynarinfo xəbər verir ki, bu barədə Strateji Kommunikasiyalar və İnformasiya Təhlükəsizliyi Mərkəzi məlumat yayıb.
O, bildirib ki, Amerika prezidenti Polşaya səfəri zamanı polşalı həmkarı ilə Rusiya ilə müharibənin getdiyi Ukraynaya sülhməramlıların gətirilməsi məsələsini müzakirə edəcək.
Diplomat qeyd edib ki, ABŞ çətin ki, bunda iştirak etsin, lakin belə qərar qəbul edəcək NATO müttəfiqlərini dəstəkləyəcək.
ABŞ Ukraynanın işğalçı ölkə ilə danışıqlarında irəliləyiş şansı görmür. Tomas-Qrinflid onları "birtərəfli” adlandırıb: "Rusların diplomatik həllə meylli olduğu görünmür”.
UNIAN yazır ki, Ağ Ev Baydenin Polşaya səfərini təsdiqləyib, Amerika lideri prezident Anjey Duda ilə görüşəcək.
Onun səfəri Rusiyanın işğalından sonra Ukraynaya dəstək məqsədilə beynəlxalq səyləri müzakirə etmək üçün Brüsseldə NATO müttəfiqləri, G7 liderləri və Avropa İttifaqı liderləri ilə görüşdən bir gün sonraya təsadüf edir.
Martın 3-də Ali Rada Rusiyanın başlatdığı təcavüzə görə Ukraynaya sülhməramlı kontingentin yeridilməsi ilə bağlı BMT-yə müraciəti təsdiqləyib. Deputatlar BMT, Qırmızı Xaç, Avropa Parlamenti və digər təşkilatları Ukrayna əhalisini rus işğalçılarının silahlı hücumundan dərhal qorumağa çağırıblar.
Alpər