Qərb ölkələri artıq Ukraynaya 60 minə yaxın tank əleyhinə sistem və 25 min hava hücumundan müdafiə sistemi verib.
Qaynarinfo "Amerikanın Səsi"nə istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milley Senatın Silahlı Qüvvələr Komitəsinin iclasında
deyib.
"Onlar (Ukraynalılar) ABŞ, eləcə də müttəfiqlərimiz və tərəfdaşlarımız tərəfindən göndərilən 60 min tank əleyhinə sistemə və təxminən 25 min zenit sisteminə görə son dərəcə minnətdardırlar”, deyə general bildirib.
Bu arada ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Qərb ölkələri yardım çərçivəsində Ukraynaya verilən silahların çeşidini genişləndirmək imkanlarını araşdırır:
"Biz heç bir şeyin ukraynalıların ehtiyac duyduğu və müharibənin gedişinə təsir edə biləcəyini düşündüyümüz silahları əldə etməsinə mane olmasına imkan verməyəcəyik. Beləliklə, indi biz bütün istiqamətləri araşdırırıq. Bu, təkcə bizim təmin etdiyimiz və təmin etməyə davam etdiyimiz şeylərə deyil, həm də əlavə vasitələrin olub-olmamasına da aiddir. Onlara təmin edə biləcəyimiz, fərq yarada biləcək sistemlər verəcəyik. Biz bunu ukraynalılarla, həmçinin müttəfiqlərimiz və tərəfdaşlarımızla sıx məsləhətləşmələr əsasında edirik”.
Aydın