Xəbər lenti

ABŞ və NATO Əfqanıstanı tərk edir (RƏSMİ)
Dünya14:58 05.08.2021

ABŞ və NATO Əfqanıstanı tərk edir (RƏSMİ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ və NATO Əfqanıstanı tərk etmək prosesində kritik bir dönəmdən keçir. Adlarını açıqlamayan bəzi rəsmilər, əsgərlərin bölgədəki ən böyük hərbi hava bazasını tərk etməyə başladığını açıqlayıb.
ABŞ -ın 2001 -ci ildə 11 sentyabr hücumlarından sonra başladığı Əfqanıstan əməliyyatı NATO qüvvələri ilə birlikdə başa çatmaq üzrədir.
Yüksək təhlükəsizlik rəsmisi Reuters-ə məlumat verib ki, ABŞ və NATO qüvvələri ölkədəki ən böyük hərbi bazanı tərk ediblər. Adını açıqlamayan məmur, "ABŞ və NATO -nun bütün qüvvələri Bagram Hava Bazasını tərk etdi" dedi.
Qeyd edək ki, rəsmilər bu hərbi bazanın Əfqanıstan Müdafiə Nazirliyinə veriləcəyini söyləyib. /Yenisabah.az