Xəbər lenti

ABŞ vətəndaşlarına Şimali Koreyaya getməyi qadağan etdi
Dünya11:01 21.07.2017

ABŞ vətəndaşlarına Şimali Koreyaya getməyi qadağan etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın vətəndaşlarına Şimali Koreyaya getməyi qadağan etməsi barədə xəbərlər yayılıb.

"Qaynarinfo" "BBC"yə istinadən xəbər verir ki, bu qadağanın 27 iyul tarixində ictimaiyyətə rəsmi şəkildə açıqlanacağı bildirilir. Qanunun elan olunduğu tarixdən 30 gün sonra qüvvəyə minəcəyi deyilir. İki turizm şirkəti tərəfindən iddia olunan qadağa barədə hələlik heç bir rəsmi məlumat yoxdur.

Qeyd edək ki, bir müddət əvvəl Şimali Koreyada həbsdə saxlanılan Otto Vormbier adlı ABŞ vətəndaşı ölkəyə koma vəziyyətində təhsil verilmiş və gənc qısa müddət sonra dünyasını dəyişmişdi. Hazırda 3 ABŞ vətəndaşı Şimali Koreyada həbsdədir.

Gülşən

Qaynarinfo.Az