Xəbər lenti

ABŞ xarici ölkələrə maliyyə yardımını azaldacaq
Dünya07:36 05.03.2017

ABŞ xarici ölkələrə maliyyə yardımını azaldacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Vaşinqton  xarici ölkələrə maliyyə yardımının həcmini azaltmağı planlaşdırır. 

"Qaynar"ın APA-ya istinadən verdiyi xəbər görə, bu barədə Ağ Evin inzibati-büdcə idarəsinin direktoru Mik Malveni bildirib.

"ABŞ-ın prioritet kursu olduqca aydındır: xaricdə xərclənən pulların azaldılması burada xərclənəcək pulları çoxaldacaq", - o qeyd edib.  

Malveninin sözlərinə görə, bu cür addımlar müdafiə xərclərini 54 mlrd. dollara çatdırmağa imkan verəcək.

Bundan əvvəl Tramp yeni büdcədə müdafiə xərclərinin 54 mlrd. dollaradək artırılmasını təklif edib.  

Qaynar.Az