ABŞ İranın neft ixracını sıfıra endirməyi planlaşdırır.
Qaynarinfo İnterfax-a istinadən xəbər verir ki, bunu ABŞ XİN rəhbəri Mayk Pompeo Hyustonda CERAWeek konfransında çıxışı zamanı deyib. O, bildirib ki, ABŞ İrana qarşı sanksiyalarını "normal bir ölkə kimi özünü aparmağa başlayana" kimi davam etdirəcək.
Daha öncə Pompeo ABŞ-ın avropalı müttəfiqlərinin rus qazına güvənməsini istəmədiyini söyləyib.