Xəbər lenti

ABŞ xüsusi kəşfiyyatı Ağ Evi yadplanetlilərin yoxluğuna inandıra bilmədi
Dünya08:28 04.06.2021

ABŞ xüsusi kəşfiyyatı Ağ Evi yadplanetlilərin yoxluğuna inandıra bilmədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ xüsusi kəşfiyyat xidmətləri ABŞ Hərbi Dəniz Qüvvələri pilotlarının müşahidə etdiyi anomal atmosfer hadisələrinin yad kosmik gəmilərlə əlaqəli olduğuna dair nə təsdiq, nə təkzib edə bilən heç bir dəlil tapmayıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə "New York Times”ın məlumatında deyilir.
Xüsusi xidmət orqanlarının materiallarında son 20 ildə baş verən təxminən 120 hadisəyə nəzər yetirilib. Bu fenomenlər ABŞ hərbi texnologiyası ilə əlaqəli olmayıb, bu da o deməkdir ki, pilotların gizli hökumət proqramları ilə əlaqəli təyyarələri görmə ehtimalı istisnadır.
Qəzet administrasiya rəsmilərinin sənədləri araşdırdığını yazıb. Rəsmilərin gəldiyi qənaət ondan ibarətdir ki, hökumət bu fenomenlərin yadplanetli gəmi ola biləcəyi nəzəriyyəsini tamamilə istisna etməməlidir.
Hesabatın tam versiyası 25 iyunda Konqresə təqdim ediləcək.
Alpər