Xəbər lenti

ABŞ Yəməni bombaladı: 10-dan çox ölən var
Dünya05:00 28.03.2016

ABŞ Yəməni bombaladı: 10-dan çox ölən var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Amerika pilotsuz uçan aparatlarının Yəməndə silsilə hava zərbələri nəticəsində "Əl-Qaidə" terror təşkilatının ən azı 8 yaraqlısı və 3 dinc sakin ölüb.
Bu barədə bazar günü hərbi mənbəyə istinadən "Sinxua" məlumat yayıb.
Pilotsuz təyyarələr şənbə günü Yəmənin cənubunda yerləşən Əbyan əyalətində terrorçuların təlim düşərgəsinə üç raket zərbəsi endirib. Ölənlərlə yanaşı dinc sakinlər arasında yaralananlar da var. (report.az)
Qaynar.info