Xəbər lenti

ABŞ yeni termonüvə bombasını sınaqdan keçirdi
Dünya19:45 14.04.2017

ABŞ yeni termonüvə bombasını sınaqdan keçirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ Hərbi-Hava Qüvvələri "B61-12” tipli termonüvə bombasını ilk dəfə olaraq "F-16” qırıcı təyyarəsi ilə sınaqdan keçirib.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partladıcısız termonüvə bomba aprelin 14-də "F-16C” qırıcı təyyarəsindən Nevada ştatındakı poliqona atılıb.

"Robins” aviabazasının saytında dərc olunmuş müvafiq məlumatda qeyd edilib ki, sınaqların məqsədi təyyarənin döyüş sursatını daşıma qabiliyyətini nümayiş etdirmək və mərminin qeyri-nüvə komponentlərinin işləməsini yoxlamaqdır. 

Bomba ilk dəfə olaraq "F-16C” qırıcı təyyarəsi ilə sınaqdan keçirilib. Gələcəkdə onu "B-2A”, "B-21”, "F-15E”, "F-16C/D” və "F-16 MLU”, habelə "F-35” və "PA-200” tipli təyyarələrlə də sınaqdan keçirmək nəzərdə tutulub.

İdarəolunan və yüksək dəqiqliyə malik yeni "B61-12” tipli bomba ilk dəfə 2015-ci ildə sınaqdan keçirilib.  

Qaynar.Az