Xəbər lenti

Ağcaqanadlar 59 nəfəri öldürdü
Dünya06:50 22.06.2013

Ağcaqanadlar 59 nəfəri öldürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Taylandda ağcaqanadlardan yoluxan virus səbəbi ilə ölənlərin sayı açıqlanıb.

Taylandda ağcaqanadlardan yoluxan virusdan ölənlərin sayı 59-a çatıb. Anspress-in xarici mətbuata istinadən verdiyi məlumata görə, ölümcül xəstəliyin yağış mövsümündə daha da sürətlə yayıldığı bildirilib. 

Ölkənin Səhiyyə Nazirliyinin səlahiyyətliləri ağcaqanadlardan yoluxan virusun yaratdığı qızdırma epidemiyasının bu ilin ilk 6 ayında 49 min nəfərdə qeydə alındığını açıqlayıb.

Virus daşıyan ağcaqanadların sancması ilə yoluxan xəstəlik yüksək temperatur, baş ağrısı, dəri səpgiləri kimi narahatçılıqlara səbəb olur, bəzi hallarda ölümlə nəticələnir.

Qaynar.info