"AccessBank” depozit kampaniyasına start verir. Kampaniya çərçivəsində Bankda AZN valyutasında müddətli əmanət hesabı açan fiziki şəxslər illik 11%-dək qazanmaq imkanı əldə edəcəklər.
Bundan başqa, depozit yerləşdirən müştərilər əmanət məbləğinin 2%-dək bonus da qazana bilərlər. Əmanətçilər bonus faizlərini əmanət açdıqları gün əldə edə biləcək və şəxsi vəsaitləri kimi istifadə etmək imkanı qazanacaqlar.
"AccessBank”a depozit yerləşdirməyin üstünlükləri:
Tamamilə beynəlxalq səhmdarlara malik bankın müştərisi olursunuz
Sərfəli depozit faizi əldə edirsiniz
Banka yerləşdirilən depozitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur
Kampaniya 01.09.2021 tarixinədək qüvvədə olacaq.
"AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 Əlaqə mərkəzinə zəng etmək, həmçinin
www.accessbank.az saytına və ya bankın sosial media hesablarına (
Facebook,
Instagram,
LinkedIn) daxil olmaq olar.