Xəbər lenti

Acı bibərdən necə krem hazıralmaq olar?
Dünya08:29 04.03.2016

Acı bibərdən necə krem hazıralmaq olar?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Acı bibərin ən təsirli təbii ağrı kəsici olduğunu bilirdiniz?

Qaynar.info-nun məlumatına görə, bədəndə olan nörotransmitter hormonunu sakitləşdirir, ağrı-sızıltını azaldır. Tərkibindəki kapsaisin maddəsi oynaq ağrılarına olduqca təsirlidir . Acı bibərdən təbii ağrı kəsici krem hazırlamaq da mümkündür. 

Bunun üçün lazım olan vasitələr:

3 yemək qaşığı toz acı bibər

1 su stəkan zeytun yağı

Yarım su stəkanı rəndələnilmiş bal pətəyi

1 ədəd şüşə qab 

Hazırlanması: 

3 yemək qaşığı toz şəklində olan qırmızı acı bibər ilə zeytun yağını qarışdırıb, bir qabda 5-10 dəqiqə istilədin .

Ayrı bir dəmir qabda yarım su stəkanı qədər rəndələnilmiş bal pətəyini əridin .

Daha sonra hamısını bir kasada birləşdirib soyuducuya qoyub, 10 dəqiqə gözləyin. 

Vaxt tamam olduqda alınan məhsulu soyuducudan çıxarıb təkrar qarışdırın.

10 dəqiqə daha şkafda saxladıqdan sonra  məhlulu şüşə bir kasaya boşaldın.

Təbii acı bibər kremi nələrə faydalıdır?

Rematizma, oynaq ağrıları, diabet ağrıları, bel ağrısı və daha bir çox ağrının aradan qaldıran ən yaxşı təbii vasitədir.

Qaynar.info