Xəbər lenti

“Açıq mikrofon” aksiyası bu rayon və şəhərlərdə keçiriləcək
Ekonomiks 12:29 30.04.2023

“Açıq mikrofon” aksiyası bu rayon və şəhərlərdə keçiriləcək

Növbəti həftə (01-02.05.2023 və 04-05.05.2023 tarixləri) daha 2 rayon və 2 şəhərdə saat 11:00-dan 12:00-dək Azəriqaz" İB-nin "Açıq mikrofon” aksiyası keçiriləcək.

Qaynarinfo xəbər verir ki, aksiya həftənin 1-ci günü Gəncə şəhərində (Qələbə Parkı), 2-ci günü Göygöl rayonunda (Heydər Əliyev Parkı), 4-cü günü Goranboy rayonunda (Gənclər Parkı), 5-ci günü Naftalan şəhərində (Nəriman Nərimanov Parkı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq "Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->