Xəbər lenti

Acun Ronaldinyonu “Survivor”a dəvət etdi
Maqazin17:40 07.02.2017

Acun Ronaldinyonu “Survivor”a dəvət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“TV8”in sahibi, aparıcı Acun Ilıcalı məşhur futbolçu Ronaldinyoya “Survivor” yarışmasında iştirak etməyi təklif edib.

“Qafqazinfo”nun “Haberler.com”a istinadən verdiyi məlumata görə, futbolçunun meneceri, “B4L” şirkətinin sahibi Ümit Akbulut xəbəri təsdiqləyib.

Ü. Akbulut bildirib ki, Acun Ronaldinyoya bu təklifi o, özünə məxsus idman məktəblərinin daha bir şöbəsini açmaq üçün İstanbula gələndə edib: “Acun Ilıcalıdan “Survivor”a qatılmaq üçün dəvət aldıq. Dominikdə onları ziyarət edə bilərik. Ronaldinyo bu məsələyə biganə qalmadı”.

Qaynarinfo.Az