Xəbər lenti

Acundan gözlənilməz addım - TV-də İLK
Dünya08:00 06.10.2014

Acundan gözlənilməz addım - TV-də İLK

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin TV 8 ekranlarında maraqlı anlar baş verib

Türkiyənin TV 8 ekranlarında yayımlanan "3 Adam" verlişində maraqlı anlar baş verib.

ANS PRESS-in məlumatına görə, proqramın qonağı tanınmış komedya ustası Cem Yılmaz olub. Bir zarafat əsnasında Cem Yılmaz studiyadakı tamaşaçıların acdıqlarını söyləyib və kanalın prezidenti niyə yatır?- deyə Acun Ilıcalıya səslənib.

Komedya ustasının bu sözlərindən sonra TV 8-in prezidenti Acun çəkiliş əsnasında bir anda studiyaya daxil olub. Cem Yılmazın atmacasına cavab olaraq tamaşaçıar üçün 2000 pizza və 50 nimçə paxlava sifariş verib.

Bununla da televiziya tarixində bir ilkə imza atan Acun izləyiciləri xeyli təəccübləndirib. Çəkiliş sonunda isə paxlava və pizzalar tamaşaçılara paylanıb.

Qaynar.info