Nigeriyada vətəndaşlar terror aktı törədəcəyini düşündükləri adamı diri-diri yandırıblar. Qaynar.info xəbər verir ki, hadisə bir avtobus dayanacağında baş verib.
Üzərinə bağladığı bombanı partladacağını düşünən hirsli qrup həmin adamı tutaraq diri-diri yandırıblar. Hadisənin şahidi olan avtobus sürücüsü olayla bağlı bunları deyib: "O, özünü partlatmadan insanlar onu yandırdı. nlar terrorçunu polisə ona görə təslim etmədi ki, həyatlarının təhlükədə olduğunu düşündülər və onun qaçamasından qorxdular".
Yerli polisin sözcüsü Fvaje Attajiri faktı təsdiqləyib: "Təəssüf ki, belə hadisə baş verib. Xalqımıza qanunları öz bildikləri kimi tətbiq etməmələri gərəkdiyini söylədik".
Qeyd edək ki, hadisənin baş verdiyi Qombe əyalətində "Boko Haram" terror təşkilatı tez-tez partlayışlar törədir. Ötən ay bir avtomobil dayanacağında baş verən partlayışda 7 nəfər həlak olmuşdu.
Qaynar.info




