Xəbər lenti

“Ağdamlılar istəyirsə...”- “Qarabağ”ın prezidenti sərt danışdı
İdman09:29 23.07.2014

“Ağdamlılar istəyirsə...”- “Qarabağ”ın prezidenti sərt danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ"ın prezidenti Abdulbari Gözəl komandanın Ağdamda yox, Bakıda məskunlaşması, ev oyunlarını doğma diyarda keçirməməsinin səbəblərindən danışıb.

Qaynar.info  Azerisport.az-a istinadən xəbər verir ki, o, bunları söyləyib: "Mütəmadi səfərlər komandanı çox yorur. Bu da futbolçuların meydanda tam güclə oynamasına imkan vermir. Ağdam Qarabağın bir hissəsidi, Azərbaycan ərasizidi. Əlbəttə, hərdən ora yollanırıq, yerli camaatla görüşürük. Amma bunu hər dəfə etmək çətindi. Mümkündü ki, tezliklə biz çempionluq kubokunu ağdamlılara təqdim edək".

O, həm də Ağdamda yeni klubun yaradılması ilə bağlı maraqlı açıqlama da verib: "Əgər ağdamlılar istəyirlərsə, özləri üçün yeni klub yaratsınlar. "Qarabağ" artıq daha böyük bir klubdu".

Qaynar.info