Günahsız insanları öldürmək dünyanın ən iyrənc hadisəsidir.
Bundan da iyrənci onlara işgəncə etmək və ətlərini yemək üçün qətlə yetirməkdir. Tarix boyu qurbanlarını vəhşicə öldürərək yeyən, dəri, sümük və başqa orqanlarından kolleksiya yaradan adamyeyənlər olub. Bu “sadist insanlar”dan biri də hazırda Türkiyədə yaşayır.
Anspress-in xəbərinə görə, Azad Dengi Türkiyə vətəndaşıdır. 1980-ci ildə Ankarada dünyaya gəlib. 17 yaşında ikən dostunu öldürdüyü üçün 10 il həbs cəzası alır, 3 ildən sonra isə şərti azadlığa buraxılır. 2007-ci ilin iyun ayının 5-də Sedat Ərzurumlu adlı bir kompüter mühendisini öldürür. Deyilənlərə görə, Azad mühəndisi, “Sənin bir notbuk almağa gücün çatmaz" dediyi üçün öldürüb.
Bu hadisədən 3 gün sonra isə Mamak zibilxanasında 55 yaşlı bələdiyyə işçisinin cəsədi tapılır. “Ankara Hanibali” adını alan Azad Dengizin cəsədi balta ilə doğradığı, bəzi tikələrini ayırıb soyuducuya qoyduğu, bir qismini çiy yediyi, qalanlarını isə bir çemodana yığaraq zibilliyə atdığı məlum olub.
Aparılan istintaq zamanı məlum olub ki, öldürdüyü şəxslərdən birini tikələrə ayıraraq, evinin yaxınındakı itlərə yedirdib.
Nəhayət, polis onun telefon danışıqlarını nəzarətə götürür və növbəti qurbanı ilə telefonla danışıq apardığı yerdə həbs edir. Azad istintaqa verdiyi ifadəsində, “Təzə insan ətini yeməyi sevirəm. Mənə həyəcan verir. İndiyə qədər insanların mal əti yeməsi axmaqlıqdır” – deyə bildirir.
Qaynar.info