Avqustun 20-də Rumıniya səmasında, eləcə də Qara dəniz üzərində NATO ölkələrindən rekord sayda kəşfiyyat təyyarəsi görünüb.
Qaynarinfo xəbət verir ki, bu barədə Rumıniyanın "Adevarul” nəşri
yazır.
Yazıda biri qeyri-hərbi, biri isə pilotsuz uçan aparat olan üç təyyarədən bəhs edilir.
Xüsusilə iki "Boeing E-3 Sentry" NATO Erkən Xəbərdarlıq və Nəzarət Qüvvələri (AWACS) görülüb. ABŞ Hərbi Dəniz Qüvvələrinin "Lockheed EP-3E Aries II" təyyarəsi də Dunay Deltası və Qara dəniz üzərində uzun saatlar uçuş həyata keçirib.
Həmçinin ilk baxışdan biznes reaktivinə bənzəyən "Bombardier Challenger 650 ARTEMIS" təyyarəsi də müşahidə edilib. "Adevarul" mənbələrə istinadən iddia edir ki, təyyarə yüzlərlə kilometr məsafədə düşmən rabitəsini kəsmək və deşifrə etmək üçün sensorlar, kompüterlərlə təchiz olunub. Nəşr yazır ki, layner özəl şirkətə məxsusdur, göyərtəsində hərbçi yoxdur, lakin Pentaqon mütəxəssisləri peyk vasitəsilə onun sensorlarına qoşulub və məlumatlar real vaxt rejimində işlənir. Mənbələrin bildirdiyinə görə, Pentaqon şirkətə bu xidmətə görə saatlıq tariflə pul ödəyir.
Bundan əlavə, Qara dəniz üzərində "Northrop Grumman RQ-4B Global Hawk" pilotsuz uçan aparatı uçub. O, müxtəlif elektro-optik və infraqırmızı sensorlara, eləcə də gündəlik 100 min kvadratmetr ərazini izləməyə imkan verən yüksək dəqiqlikli radara malikdir.
Aydın