Xəbər lenti

Adı rüşvətdə hallanan nazirlərin işinə komissiya baxacaq
Dünya19:24 05.05.2014

Adı rüşvətdə hallanan nazirlərin işinə komissiya baxacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə parlamenti adı rüşvətdə hallanan keçmiş nazirlər Zəfər Çağlayan, Muammer Gülər, Egemen Bağış və Ərdoğan Bayraktarla bağlı parlament istintaq komissiyasının qurulmasına qərar verib.

ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyə Böyük Millət Məсlisində irəli sürülmüş təklifin lehinə 453 səs və əleyhinə 9 səs verilib, 6 millət vəkili isə bitərəf qalıb. 

Dekabrın 17-də İstanbulda keçirilmiş rüşvət əleyhinə əməliyyat çərçivəsində övladları həbs edilən nazirlər istefa verməyə məcbur olmuşdular. Daha sonra məsələyə baş nazir Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın da adı qarışmışdı. Baş nazir isə bunun əvəzinə əməliyyatı keçirmiş müstəntiqlərin iş yerlərini dəyişdirərək onları İstanbuldan uzaqlaşdırdı. Ən sonda adı rüşvət qalmaqalının əsas həlqəsi olan iranlı iş adamı Rza Zərrab həbsdən azad edildi.

Qaynar.info